• Bakı C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.7708

    RUB - 1.7061

Taleh Kazımovdan kredit faizlərinin artmasına MÜNASİBƏT

İQTİSADİYYAT

22 Yanvar 2025 | 12:34

Taleh Kazımovdan kredit faizlərinin artmasına MÜNASİBƏT

Son 7 il ərzində kreditlərin faiz dərəcələri demək olar, dəyişməyib. Belə ki, həm biznes, həm ipoteka, həm də pərakəndə kreditlərin faiz dərəcələrinin 2024-cü ildə 2018-ci illə müqayisədə dəyişmədiyini müşahidə edirik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

    O bildirib ki, 2024-cü ilin son 4-5 ayında faizlər cüzi artıb. Kredit faiz dərəcələrinin artımı bazarda likvidliyin məhdudluğu vəziyyəti ilə əlaqədar idi. Onun da əsas səbəbi dövlət xəzinə qalığının artımı ilə bağlıdır.

    “Yəni keçən ilin sonlarında faizin cüzi artması kreditləşməyə tələbi azaltmayıb” - deyə Taleh Kazımov əlavə edib.


    SON XƏBƏRLƏR