Tanınmış aparıcı Vüsalə Məmmədova sosial media hesabında Ağdama səfərindən çəkdiyi fotolarla gündəmə gəlib.
Bakıvaxtı.az xəbər verir ki,xanım aparıcının şərhlərdən gileylənməsi diqqət çəkib.
Teleaprıcı bəzi izləyicilərin qeyri-etik rəylər yazdığını açıqlayıb:
"Mən sözdən öncə sahibini qiymətləndirən insanam. Düşünürəm ki, bəlkə bu zavallını həyatda xoşbəxt edən yeganə an rəydə mənim üçün (ya başqası üçün) anasına rəva görə biləcəyi sözlər yazmaqdır. Onu bu səadətdən necə məhrum edim?"
O, bu cür şərhlərin şəxsən onu narahat etmədiyini, lakin anasının bütün rəyləri oxuduğunu və kədərləndiyini deyib. Dostları ona neqativ rəy yazanları bloklamağı tövsiyə etsə də, media nümayəndəsi bu fikirlə razılaşmır. O, bu cür insanları öz "xoşbəxtliklərindən" məhrum etmək istəmədiyini vurğulayıb.
Əli Hüseynov