• Bakı 22° C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azercell-ə etiraz böyüyür - Tanınmış teleaparıcdan KƏSKİN ETİRAZ

CƏMİYYƏT

03 Iyun 2025 | 22:59

Azercell-ə etiraz böyüyür - Tanınmış teleaparıcdan KƏSKİN ETİRAZ

Tanınmış telejurnalist - İctimai Televiziyanın aparıcı Nigar Sabirqızı Azercell-in tarifləri artırmaqla bağlı son qərarlarını kəskin tənqid edib.

Bakıvaxtı.az Nigar Sabirqızının sosial şəbəkə hesabında yazdığı qeydləri təqdim edir:

Azercell Azərbaycanın ən öndə gedən şirkətlərindən biridir. Qiymət artımına münasibət bildirməyəcəm, çünki mübahisəli məsələdir. Məni belə böyük şirkətin öz istifadəçilərinə qarşı hörmətsizliyi təəccübləndirdi. İki gündür hamı Azercell-in qiymət artımından danışır, şirkət yeni qərarını sadə dillə izah etməyi lazım bilmir. Bir şirkət sübut etdi ki, ancaq pul qazanmaq barədə düşünür, ona pul qazandıran istifadəçilər ona maraqlı deyil. Sizcə, başqa ölkədə şirkətlər öz müştərisinə belə hörmətsizlik edər? Əslində Azercell-in primitiv reklamları bu şirkət haqqında hər şeyi deyir. Təkcə onun da yox. Bizdə öz bahalı şirkətini ucuz reklam etdirmək adi haldır. Məsələn, Türkcell-in reklamları filmə bənzəyir, Azercell-in reklamları multfilmə. 


SON XƏBƏRLƏR