Biləsuvarda tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Semur Məmmədquliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi ilə keçirilmiş prosesdə hökm elan edilib.
Hökmə əsasən, iş üzrə təqsirləndirilən Semur Məmmədquliyevin 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək .
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Biləsuvar rayonunda baş verib. Semur Məmmədquliyev aralarında baş verən mübahisə nəticəsində Şahin Şahverdiyevi döyərək qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.