• Bakı 22° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutuldu

CƏMİYYƏT

08 Iyun 2023 | 10:21

Tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutuldu

Bakıda tanışını öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Bakıvaxtı.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 7-si saat 01 radələrində 1991-ci il təvəllüdlü Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Teymur Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam etdirilir.


SON XƏBƏRLƏR

26 Aprel 2024