Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracının başlanmasından ötən beş il ərzində 54 milyard kubmetrdən çox qaz nəql olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" hesabında paylaşım edib.
Nazir qeyd edib ki, bu il qısamüddətli və uzunmüddətli müqavilələr çərçivəsində Avropaya 12,8 milyard kubmetr qaz ixrac edilib.
Xatırladaq ki, TAP ilk qazını 31 dekabr 2020-ci ildə nəql etməyə başlayıb. Boru kəmərinin illik ötürmə gücü 10 milyard kubmetrdir və 20 milyard kubmetrə qədər artırılması potensialı mövcuddur.
2026-cı ilə qədər TAP tədarükünün əlavə 1,2 milyard kubmetr artırılması 2024-cü ilin yanvarında təsdiqlənib. Hazırda 2026-cı ildən başlayaraq TAP vasitəsilə Albaniyaya qaz tədarükünün təşkili üzrə işlər davam etdirilir.
Bakı 




