• Bakı 25° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

“Tarixən türk xalqlarını möhkəm bağlar birləşdirir” - Yalkab Xocaquliyev

CƏMİYYƏT

21 Oktyabr 2022 | 10:56

“Tarixən türk xalqlarını möhkəm bağlar birləşdirir” - Yalkab Xocaquliyev

“Tarixən türk xalqlarını çox möhkəm bağlar - ortaq kök, vahid din, oxşar mədəniyyət birləşdirir”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Türkmənistanın baş müftisi Yalkab Xocaquliyev “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.

O, bu gün Bakıda keçirilən konfransın türk xalqlarının mənafeyinə yönəlmiş məsələlərin həllinə böyük töhfə verəcəyinə və daha geniş qarşılıqlı anlaşmaya imkan verəcəyinə əminliyini ifadə edib.

Baş müftinin sözlərinə görə, türk dillərində yaradılmış bütün əsərlər ümumi elmi və ədəbi irsdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026