• Bakı 29° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Tatarıstan rəhbəri Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

GÜNDƏM

24 Avqust 2025 | 11:17

Tatarıstan rəhbəri Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Sizə - təcrübəli ictimai-siyasi və dövlət xadiminə məsuliyyətli vəzifənizdə davamlı səmərəli fəaliyyət, Azərbaycan Respublikasının hərtərəfli inkişafı üzrə çoxtərəfli vəzifələrin həllində uğurlar arzulayıram. Qoy, doğma ölkəniz naminə quruculuq işləri və bütün məqsədlər üzrə qazanılan nailiyyətlər Sizə haqlı olaraq məmnunluq bəxş etsin, Azərbaycan xalqının dəstəyi Sizi yeni faydalı ideyaların, perspektiv layihələrin həyata keçirilməsinə ruhlandırsın və güc versin.

Möhkəm cansağlığı və xoşbəxtlik arzuları ilə Sizə və yaxınlarınıza ən xoş diləklərimi çatdırıram.


SON XƏBƏRLƏR

23 Avqust 2025