q
  • Bakı 14° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Tatlısəs övladlarına qəpik də vermədi

ŞOU

22 Aprel 2026 | 15:04

Tatlısəs övladlarına qəpik də vermədi

Bir müddət əvvəl əməliyyat olunan türkiyəli müğənni İbrahim Tatlıses jurnalistlərin suallarını cavablandırıb.

Bakıvaxtı.az xəbər verir ki, ifaçı vəsiyyətini kimə buraxacağı ilə bağlı suala belə reaksiya verib:

"Mirasımı dövlətə verirəm. Heç kimə bir qəpik də yoxdur. Bəzilərinə görə digərləri də qurban olur. Pulu atam mənə buraxmayıb. Pul özümündür, istəsəm, paylayaram, kimə nə? Mən bütün qapılarımı onlar üçün ağzına qədər açdım, amma istifadə etməyi bilmədilər".

Qeyd edək ki, Tatlıses xəstəxanada olduğu müddətdə küsülü olduğu qızı Dilan, oğlu Ahmet və nəvəsi Mert də onu görməyə gəlib. Tatlıses övladları ilə görüşsə də, onları bağışlamadığını deyib. Tatlısesin 7 övladı var./Axşam.az


SON XƏBƏRLƏR