• Bakı C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Tayland İngiltərəyə gedən vətəndaşlara xəbərdarlıq edib

DÜNYA

09 Avqust 2024 | 13:19

Tayland İngiltərəyə gedən vətəndaşlara xəbərdarlıq edib

Tayland İngiltərədəki ifrat sağçıların etirazlarına görə vətəndaşlarına səyahət xəbərdarlığı edib.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Taylandın Londondakı səfirliyi bəyanat yayıb.

Bəyanata görə, Böyük Britaniyada yaşayan və ya ölkəyə səyahət edən Tayland vətəndaşlarına xüsusilə Hull, Liverpool, Bristol, Manchester, Stoke-on-Trent və Blackpool şəhərlərinə səyahət edərkən insanların sıx olduğu yerlərdən uzaq durmaları və diqqətli olmaları tövsiyə edilib. 

Qeyd edək ki, iyulun 30-da İngiltərədə başlayan ifrat sağçı etirazlar səbəbi ilə Nigeriya, Avstraliya və Malayziya kimi ölkələr də öz vətəndaşlarına səyahət xəbərdarlığı edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR