Tbilisidə yeni hava limanı tikiləcək.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
Onun sözlərinə görə, Tbilisi hava limanının illik sərnişin tutumu 4 milyon nəfərdir və bu sayı artırmaq mümkün deyil:
"Turizm sahəsindəki artım nəzərə alınaraq yeni infrastrukturun yaradılması vacibdir. Yeni hava limanının tikintisi məhz bu məqsədi güdür. Vaziani ərazisində yeni aeroportun inşası nəzərdə tutulub və tərəfdaşlarla müqavilə bağlanması üçün işlər sürətlə davam edir".
İ.Kobaxidze 2029-cu ilə qədər layihənin birinci mərhələsinin başa çatdırılması planlaşdırılır:
"Yeni hava limanı açıldıqdan sonra illik sərnişin tutumu 18 milyon nəfərə çatacaq. Bu, yalnız Tbilisinin deyil, Gürcüstanın inkişafına və iqtisadi potensialının artırılmasına xidmət edəcək irimiqyaslı bir layihədir".