Azərbaycanın Gürcüstandakı səfirliyi dekabrın 25-də Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan AZAL-a məxsus təyyarənin qəzaya uğraması və sərnişinlərin həlak olması ilə əlaqədar başsağlığı kitabı açır.
Bakıvaxtı.az xəbər verir ki, Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı dekabrın 26-da saat 13:00-dan 18:00-dək və dekabrın 27-də saat 10:00-13:00 və 15:00-18:00 arası açıq olacaq.
Həmçinin qeyd olunub ki, başsağlığını elektron formada [email protected] ünvanına da göndərmək mümkün olacaq.