Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 55 nəfər müraciət edib.
Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub.
2 nəfərə cərrahi müalicə tətbiq olunub.
***
12:11
Qarlı hava ilə bağlı təcili yardıma müraciətlərin sayı açıqlanıb.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi ) müraciəti qeydə alınıb.
Onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. 1 nəfər isə hospitalizasiyadan imtina edib.