“Dövlət Sığorta Agentliyi və TƏBİB tərəfindən Xaricdə oxuyan həkimlərin ölkəyə dönməsi üçün xüsusi bir proqram tərtib olunub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Qeyd edib ki, 2 ildir həyata keçirilən bu proqram xaricdə təhsil almış həkimlərin ölkəyə qayıtdıqdan sonra maddi imkanının daha da artırılması məqsədi daşıyır:
“Artıq 200-ə yaxın həkim bu proqram vasitəsilə geri qayıdıb və 1 ildən çoxdur bu proqramdan istifadə edirlər”.
Mina Mikayılova