Cənubi Koreya Prezidenti Yun Sok Yolun iqamətgahına gələn ölkənin Yüksək Vəzifəli Məmurlar Arasında Korrupsiyanın Araşdırılması İdarəsinin (CIO) müstəntiqləri, məhkəmənin qərarına əsasən, prezidenti həbs etmək cəhdlərini dayandırıblar.
Bu barədə Bakıvaxtı.az “Yonhap” agentliyinə istinadən xəbər verir.
Müstəntiqlər həmçinin növbəti addımların nəzərdən keçirilməsinin vacibliyini vurğulayaraq Yun Sok Yolun davranışından təəssüfləndiklərini bildiriblər.
***
09:59
Cənubi Koreyada dövlət antikorrupsiya agentliyinin müstəntiqləri dövlət başçısı Yun Sok Yolu qiyam ittihamı ilə həbs etmək üçün prezident iqamətgahına gedib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yüksək vəzifəli məmurlar arasında korrupsiyanın araşdırılması departamentinə istinadən yazıb.
İstintaq qrupunun nümayəndəsi telefonla bildirib ki, iqamətgahı qoruyan əsgərlər müstəntiqlərə Sok Yolun həbsinə dair orderi icra etməyə mane olurlar.