q
  • Bakı 18° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Tehran birjası sabah açılacaq

SİYASƏT

18 May 2026 | 14:06

Tehran birjası sabah açılacaq

Tehran birjası 80 günlük fasilədən sonra sabah yenidən fəaliyyətə başlayacaq.

Bakıvaxtı.az-ın apa-ya istinadla məlumatına görə, birjanın açılması üçün bir neçə həftə davam edən hazırlıq iclaslarından sonra ticarət prosesi sabahdan bərpa olunacaq.

Məlumata əsasən, Tehran birjası hazırda 42 birja simvolu açılmadan fəaliyyətə başlayacaq. Həmin simvollar əsasən əsas metallar, dəniz nəqliyyatı və kimya qruplarına aiddir. Bu sahələrə daxil olan bəzi istehsal müəssisələri, o cümlədən polad, neft-kimya və əczaçılıq şirkətləri son müharibə zamanı zərər görüb.

Birja rəsmiləri bazar üçün dəstək siyasətlərinin nəzərdə tutulduğunu bildiriblər. Qeyd olunub ki, qalan birja simvolları da gələcəkdə yenidən ticarətə buraxılacaq.


SON XƏBƏRLƏR

17 May 2026