• Bakı 11° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Tehranın sərt mesajı: Müharibənin hesabı kimdən soruşulacaq?

SİYASƏT

14 Aprel 2026 | 17:06

Tehranın sərt mesajı: Müharibənin hesabı kimdən soruşulacaq?

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarında iştirak etdiyi iddia olunan ölkələrdən təzminat tələb olunur.

Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani Birləşmiş Millətlər Təşkilatı-nın baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.

Məktubda qeyd olunur ki, bəzi ölkələrin ərazilərinin ABŞ və İsrail tərəfindən İrana qarşı hücumlar üçün istifadə edildiyinə dair sübutlar əvvəllər də təqdim olunub. İran bu səbəbdən Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İordaniya-dan dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

İran tərəfi bu ölkələrin beynəlxalq öhdəlikləri pozduğunu bildirir və kompensasiya verilməsinin vacibliyini vurğulayır.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Elçin Alıoğlu deyib ki, ABŞ bu dövlətləri İrana təzminat ödəməyə məcbur edə bilməz. 

Lakin ekspertə görə, ABŞ bu ölkələrin hamısından müharibənin bütün xəclərini çıxardacaq: 

“Donald Trampın vecinə də deyil ki, müharibədən nə qədər ziyan çəkib. Çünki adı çəkilən dövlətlər 10 milyard dolları ABŞ-yə bu və ya digər şəkildə ödəyəcəklər. Ancaq bu ölkələr heç bir vəchlə İrana təzminat ödəməyəcəklər. İran qabaqlayıcı addım kimi bu ölkələrdən pul tələb edib. Çünki məhz bu dövlətlə onlara dəymiş ziyana görə, Tehrandan təzminat istəyirlər".

Elçin Alıoğlu: İran de-yure haqlı olsa da, de-fakto haqsızdır

Onun sözlərinə görə, bu dövlətlərin ABŞ-nin təhlükəsizlik çətiri altına toplaşanda, Ağ Evin vədlərinə inananda anlamalıydılar ki, bu məsələnin axırı necə olacaq:

"Biz birdəfəlik başa düşməliyik ki, çox zalım, müstəbid, təhlükəli ölkələrlə qonşuyuq. Şimalda Rusiya, cənubda İran. Biz bunlarla münasibətləri korlamamalıyıq. Amma Körfəz ölkələri təhlükəni görmədilər, düşünmədilər. Zənn etdilər ki, əgər ABŞ-nin bazaları onların ərazisindədirsə, riskdən uzaqdırlar. Halbuki, İranın bu ölkələrin ərazisində də proksi qüvvələri var və illərdir onları bəsləyir, himayə edir”. 

Analitik əlavə edib ki, Bəhreyni çıxmaqla digər ölkələrin ərazisindən İran atəşə tutulub:

“Ona görə İran de-yure haqlı olsa da, de-fakto haqsızdır. Çünki İran özü Körfəz ölkələri üçün potensial təhdid, təhlükə olub. İran 1979-cu ildən bu yana bölgədə terroru, separatizmi dəstəkləyib, milyardlarla pul xərcləyib. Ölkədəki etirazların səbəblərindən biri də proksi qüvvələrə ayrılan maliyyə idi”.

Aydın Baxış


SON XƏBƏRLƏR