“Tələbatın yüksək olması səbəbindən ilk seçim hüququ həmin məktəbin yerləşdiyi əraziyə yaxın yaşayan valideynlərə veriləcək”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi brifinqdə məlumat verilib.
Bildirilib ki, hazırda məktəblər üzrə tələbat səviyyəsi fərqlidir və ümumilikdə təxminən 4 min məktəbin yalnız müəyyən hissəsində qəbul üçün yüksək müraciət qeydə alınır. Bu səbəbdən bəzi məktəblərdə prioritet qəbul mexanizmi tətbiq olunacaq.
Qeyd edilib ki, ilk mərhələdə seçim hüququ məktəbin yerləşdiyi əraziyə yaxın yaşayan valideynlər üçün aktiv ediləcək və bunun üçün bir aylıq müddət nəzərdə tutulub. Həmin müddət başa çatdıqdan sonra isə boş qalan yerlər digər vətəndaşlar üçün də açıq olacaq.
Zeynəb Rzayeva
Bakı 




