• Bakı 26° C

    7.64 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

“Tələbəlik illərinin yadda qalmasını arzulayıram”

CƏMİYYƏT

25 Avqust 2026 | 18:12

“Tələbəlik illərinin yadda qalmasını arzulayıram”

Elm və təhsil naziri Emin Əmrullayev tələbə adını qazanan gəncləri təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Tələbə adını qazanan əziz gənclərimiz!

Sizi göstərdiyiniz zəhmət və əzmkarlığın nəticəsi olaraq tələbə adını qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Qarşıdakı tələbəlik illərinin hər biriniz üçün yeni biliklər, geniş imkanlar və dəyərli təcrübələrlə yadda qalmasını arzulayıram.

Yolunuz açıq, gələcəyiniz uğurlu olsun!”, - nazir paylaşımında bildirib.

Qeyd edək ki,  ümumilikdə ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib. Onlardan 58 947 nəfəri ali məktəblərə qəbul olunub. Qəbul olunanlar arasında 4 215 subbakalavr da yer alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR