• Bakı 18° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Teleqramda bu da mümkün olacaq

MULTİMEDİA

15 Oktyabr 2026 | 23:38 | Müəllif: Subhan Mahmudov

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib.

Lent iki bölməyə ayrılacaq: “Əlavə edilmiş” və “Sizin üçün”. Birinci bölmə istifadəçilərin özləri tərəfindən seçilmiş məzmundan, ikinci bölmə isə tövsiyələrdən ibarət olacaq.

Məlumata görə, lentə axtarış funksiyası, yeni paylaşımlar üçün sayğac, yeniləmək məqsədilə aşağı çəkmə imkanı və oxunma statusu göstəriciləri daxil ediləcək. Həmçinin qeyd edilir ki, lentdən birbaşa konkret paylaşıma, kanala və ya söhbətə keçid etmək mümkün olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026