• Bakı 27° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Təmizlik işçilərinin maaşı kəsilib? - Video

CƏMİYYƏT

10 Iyul 2025 | 11:03

Təmizlik işçilərinin maaşı kəsilib? - Video

Bakı şəhəri, Xətai rayonunda təmizliyin qeydinə qalan işçilərin maaşı kəsilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı ATV süjet hazırlayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşları iddia ediblər ki, əvvəl 700 manatdan çox maaş alırdılarsa, artıq məbləğ 500 manata qədər endiriləcək.

Məsələ ilə bağlı Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, qurumun işçinin əməkhaqqısını azaltmaq kimi bir səlahiyyəti yoxdur, bu prosesi Maliyyə Nazirliyi tənzimləyir.

Sözügedən Nazirlikdən isə qeyd edilib ki, problemlə bağlı araşdırma aparılıb və bu barədə məlumat veriləcək.

Daha ətraflı videomaterialda:


SON XƏBƏRLƏR

10 Iyul 2025