• Bakı 25° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

"Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi

DÜNYA

22 Avqust 2026 | 22:02

"Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi

"Tərcüməçi" ("The Interpreter") və "Şuqar Hill" ("Sugar Hill", 1993) filmlərindəki rolları ilə tanınan ABŞ-li aktyor Maykl Rayt 70 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aktyorun ailəsi TMZ portalına məlumat verib.

Rayt avqustun 19-da Los-Ancelesdə vəfat edib. Ailəsinin bildirdiyinə görə, aktyorun ölümünə nadir nevroloji xəstəlik olan Markiafava-Binyami xəstəliyinin ağırlaşmaları nəticəsində yaranan ürək dayanması səbəb olub.

Aktyor 1956-cı ildə Nyu-Yorkda anadan olub. O, Nikol Kidman və Şon Pennin rol aldığı "Tərcüməçi" ("The Interpreter"), həmçinin "Pul hər şeyi həll edir" ("Money Talks", 1997), "Direktor" ("The Principal", 1987) və "Beş qaynar ürək" ("The Five Heartbeats", 1991) filmlərindəki rolları ilə tanınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Avqust 2026