• Bakı C

    6.69 m/s

  • USD - 1.7

    EUR - 1.7666

    RUB - 1.5962

“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçi yenidən məhkəmə qarşısında

HADİSƏ

07 Yanvar 2025 | 09:33

“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçi yenidən məhkəmə qarşısında

“Tərtər işi” ilə bağlı ittiham olunan Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyevin barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib. 

Bakıvaxtı.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası yanvarın 7-nə təyin edilib.

 Şikayət hakim Zamin İbrahimovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verilib. Onların hər birinin cəzası 3 ay azaldılıb. Ruslan Mikayılova 6 il 7 ay, Sənan Maşıyevə 4 il 7 ay 10 gün, Cabir Qəhrəmanova 6 il 5 ay 5 gün, Elçin Əliyevə 5 il 5 ay 5 gün azadlıqdan məhrum etmə cəzası hesablanıb.

Xatırlatma: 2021-ci ilin dekabrında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.


SON XƏBƏRLƏR

07 Yanvar 2025