• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə üç saatdan az olmamalıdır

GÜNDƏM

08 Avqust 2024 | 11:53

Təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə üç saatdan az olmamalıdır

Seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə üç saatdan az olmamalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azudiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisə seçkilərdə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.

Onun sözlərinə görə, təqdim edilən pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür: “Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmalıdır. Seçkiqabağı materialların efirə çıxma vaxtı və tarixi müvafiq seçki komissiyasının yayımçının nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilir. İctimai yayımçı seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdır”.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024