• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Təxribatların içində Aİ mülki missiyası da yer alırdı

SİYASƏT

19 Oktyabr 2024 | 09:21

Təxribatların içində Aİ mülki missiyası da yer alırdı

"Avropa İttifaqının mülki missiyasının regiona göndərilməsi Avropanın, Qərb strukturlarının regionda öz mövcudluqlarını təmin etməyə hesablanmışdı". 

Bunu Bakıvaxtı.az-a siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu deyib.

Ekspert bildirib ki, bu da regionda mövcudluğun bir mexanizmi idi: 

Müsahibimiz bildirib ki, Nikol Paşinyan Qərbin təsiri altındadır, ona görə də missiyanın müddətinin uzadılması Qərb tərəfindən təklif olunarsa, baş nazir ona qarşı gəlməyəcək:
 
"Zaman-zaman müşahidə etmişik ki, mülki missiya region ölkələrinə, xüsusilə də Azərbaycana münasibətdə uyğun olmayan fəaliyyətlə məşğuldur. Missiya ərazilərimizi müşahidə edir, məlumatlar toplayır. Ermənistanın təxribatları zaman da müşahidə edirdik ki, Avropa İttifaqının mülki missiyası çox operativ şəkildə Ermənistanın təxribatlar törətdiyi ərazilərdə olurdu. Bu da ona dəlalət edirdi ki, Ermənistanın lehinə, Azərbaycanın əleyhinə materiallar toplanılırdı. Sanki bu təxribatların içində Avropa İttifaqının mülki missiyası da yer alırdı".

Elşad Mirbəşiroğlu: Missiyanın işi kəşfiyyat məlumatlarını toplamaqdan ibarət oldu

Onun sözlərinə görə, düşünmək üçün kifayət qədər əsas var ki, Avropa İttifaqının mülki missiyası nə birinci fəaliyyəti, nə də ikinci fəaliyyəti müddətində heç bir əməli işlə məşğul olmadı. Onun fəaliyyəti sadəcə kəşfiyyat məlumatlarını toplamaqdan ibarət oldu".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026