• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Teymur Kərimovun cinayət işi yenidən məhkəməyə qaytarıldı

HADİSƏ

10 Aprel 2025 | 17:19

Teymur Kərimovun cinayət işi yenidən məhkəməyə qaytarıldı

"Kanal-11" internet televiziyasının rəhbəri Teymur Kərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən proesdə birinci instansiya məhkəməsinin protokollarına baxılıb. Protokollara baxışdan sonra məhkəmə qərar qəbul edib.

    Qərara əsasən, iş yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərilib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib.

    Onunla birgə ittiham olunan İstək Totiyeva isə 2 il müddətində sınaq müddəti seçilməklə şərti cəza verilib.

    Qeyd edək ki, Teymur Kərimov və İstək Tatiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.


    SON XƏBƏRLƏR

    17 Aprel 2025