• Bakı C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

“TikTok” ABŞ-dəki fəaliyyətini bərpa edib – YENİLƏNİB

MULTİMEDİA

19 Yanvar 2025 | 23:57

“TikTok” ABŞ-dəki fəaliyyətini bərpa edib – YENİLƏNİB

“TikTok” ABŞ-dəki fəaliyyətini bərpa edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

“Yenidən xoş gəlmisiniz. Səbriniz və dəstəyiniz üçün təşəkkür edirik. Prezident Trampın səyləri nəticəsində “TikTok” ABŞ-yə qayıdıb”, – tətbiqə daxil olarkən bildirişdə qeyd olunub.

“Davam et” düyməsini basdıqdan sonra xidmət normal rejimdə işləyir. Bununla yanaşı, tətbiq hələ də “Apple”ın tətbiqlər mağazasından endirmək üçün əlçatan deyil.

Xatırladaq ki, xidmət bazar günü gecə saatlarında ABŞ-dəki fəaliyyətini tam dayandırmışdı.

 

23:13

“TikTok” rəhbərliyi ABŞ-də platformanın fəaliyyətini bərpa edir. Platforma ölkədə qadağan edilsə belə, tərəfdaş şirkətlər xidmətin fəaliyyətini dəstəklədiklərinə görə məsuliyyət daşımayacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

“TikTok” provayderlər ilə razılaşmaya əsasən xidmətin bərpası ilə məşğuldur. Biz prezident Trampa 170 milyondan çox amerikalının “TikTok”a çıxışını təmin edən və 7 milyondan çox kiçik müəssisənin inkişafına imkan verən provayderlərimiz üçün lazımi aydınlıq və zəmanətlər verdiyinə görə təşəkkür edirik”, – bəyanatda deyilib.

Xidmət nümayəndələri əlavə ediblər ki, “TikTok”u ABŞ-də saxlayacaq uzunmüddətli həll yolu üçün prezident Trampla işləyəcəklər”.

Yanvarın 19-na keçən gecə xidmət ABŞ-də tamamilə dayandırılıb, “TikTok” “Apple”ın tətbiqlər mağazasından yoxa çıxıb. Bazar günü səhər Tramp bəyan edib ki, andiçmə mərasimi günü, yanvarın 20-də “TikTok”un ölkədə qadağan edilməsinin ertələnməsi haqqında fərman imzalayacaq.


SON XƏBƏRLƏR

19 Yanvar 2025