• Bakı 23° C

    12.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

"TikTok"  videosu çəkən sürücü qəza törədərək ölüb

HADİSƏ

20 Iyul 2024 | 13:23

TikTok  videosu çəkən sürücü qəza törədərək ölüb

Qusar rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində "TikTok" sosial şəbəkəsi üçün video çəkən rayon sakini, 1995-ci il təvəllüdlü Albert Xaspoladov ağır qəza törədib.

O, video çəkərkən "VAZ 2107" markalı minik avtomobili ilə qəfil əks zolağa manevr edərək 1997-ci il təvəllüdlü Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə A.Xaspoladov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR