Aktyor Elməddin Cəfərov “TikTok”u tənqid edib.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə “Baku Tv”də yayımlanan “Qapqara” verilişində danışıb.
“Üzülürəm, onları başa salsam, bəlkə doğru yola yönələrlər. Eləsi var ki, özündən sonra gələn nəslin tərbiyəsini çox pozur. Söhbət ailə tərbiyəsindən getmir. Həmin proqramla şəxsiyyətsizliyi reklam edirlər.
Bunun üzərindən maşın, ev alanlar var. Yeni nəsil də deyir 300, 500 manata işləyim? Buradan isə 5 min qazanırlar. Pulla geri ala biləcəyin hər şeyi sata bilərsən, amma nəyisə pulla geri ala bilmirsənsə, satma”.