• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

“Tiktok”da canlı yayımda sevgilisini söydü, həbs edildi

HADİSƏ

31 Iyul 2026 | 12:30 | Müəllif: Qalib İbrahimoğlu

“Tiktok”da canlı yayımda sevgilisini söydü, həbs edildi

“Tiktok”da sevgilisini təhqir edən həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı zərərçəkən polisə şikayət edib.

Barəsində inzibati xəta üzrə icraat aparılan 42 yaşlı Zöhrab İmamverdiyev (şərti adla) bildirib ki, 2020-ci ildə həmin xanımla “tiktok”da tanış olub. Sonradan aralarında səmimi münasibət yaranıb. Bir gün həmin qadın dişlərini düzəltdirmək üçün Zöhrabdan 400 manat pul istəyib. Zöhrab isə arvad-uşağının xəstə olduğunu deyərək, pulu verməyib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Bu zaman da Zöhrab həmin sosial şəbəkədə canlı yayım açaraq qadını nalayiq ifadələrlə təhqir edib.

O, həmçinin ifadəsində əməlindən peşman olduğunu deyib.

Şikayət əsasında Zöhrab İmamverdiyev saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə Zöhrab İmamverdiyev 15 gün müddətinə inzibati qaydada həbs edilib./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026