Biləsuvar rayonunda zəhərlənmə hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan 15 yaşlı N.T. "TikTok"da gördüyü üsulu təkrarlamaq istəyərkən zəhərlənib.
Daha sonra o, zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb.
Yeniyetmənin atasının sözlərinə görə, o, “səs çıxaran” qurğu düzəltməyə çalışıb. Bu zaman sosial şəbəkədən öyrəndiyi üsul əsasında plastik qabda kislata və metal qırıqlarını qarışdırıb. Nəticədə "net" (kislata) maddəsinin təsirindən oğlu zəhərlənib.