• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

#TikTokdanÖyrən layihəsinə start verilir 

CƏMİYYƏT

23 Fevral 2024 | 16:49

#TikTokdanÖyrən layihəsinə start verilir 

TikTok Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə start verir.

Bakıvaxtı.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanda təhsil məzmununun inkişafına dəstək vermək və ölkənin hər yerindən istifadəçilərə rahat qısa video formatında biliklərini bölüşmək və öz üfüqlərini genişləndirmək imkanı yaratmaqdır. Layihə çərçivəsində ən yaxşı təhsil məzmunlu videoları yaradan TikTok istifadəçiləri platformadan mükafat olaraq iPhone qazanacaqlar.

TikTok qısa videolara baxmaq və yaratmaq üçün aparıcı platformadır. Burada dünyanın hər yerindən 1 milyarddan çox istifadəçi hər gün nəinki əylənmək, həm də yeni bir şey öyrənmək üçün daxil olur.

TikTok-da təhsil məzmununa maraq son bir neçə ildə həm dünyada, həm də Azərbaycanda əhəmiyyətli dərəcədə artıb. Belə ki, keçən il #kitabfest ədəbi layihəsi izləyicilərin diqqətini cəlb edib, bu layihə çərçivəsində Azərbaycanın hər yerindən istifadəçilər kitab tövsiyələrini bölüşüb, sevdikləri ədəbi əsərləri müzakirə edib, Bakıda keçirilən Milli Kitab Sərgisindən aldıqları təəssüratlardan danışıb və daha çox oxumaq üçün bir-birini ruhlamdırıb.

Bu gün TikTok #LearnOnTikTok qlobal fenomenindən ilhamlanan və TikTok vasitəsilə öyrənmək və üfüqlərini genişləndirmək üçün Azərbaycandakı istifadəçilər icmasına dəstək olmaq məqsədi daşıyan #TikTokdanÖyrən təşəbbüsünü təqdim edir.

Təşəbbüsün bir hissəsi olaraq istifadəçilər layihə həştəqdindən istifadə edərək müxtəlif mövzularda faydalı və maarifləndirici videolar paylaşmağa dəvət olunur: məişət “lifehack”ləri, stil və gözəllik üzrə tövsiyələr, kulinariya reseptləri və fitnes təlimlərindən tutmuş elmi biliklərə, müxtəlif fənlər üzrə dərslərə və mədəniyyət haqqında videolara qədər.

İstifadəçilər üç kateqoriya üzrə ən yaxşı videolar üçün müsabiqədə iştirak edə bilərlər:

“Ən yaradıcı video” - iştirakçının materialı ən yaradıcı şəkildə təqdim etdiyi video.

“Ən yaxşı video” - müsabiqə dövründə ən çox baxış toplayan video.

"TikTok-da kəşf" - müsabiqə dövründə bütün iştirakçı videolar arasında ən çox baxış toplayan yaradıcı.

Hər kateqoriya üzrə qaliblər TikTok -dan iPhone smartfonu hədiyyə qzanacaqlar. Müsabiqədə iştirak etmək üçün istifadəçilər müsabiqənin mövzusuna uyğun olaraq ən azı 30 saniyəlik maarifləndirici video çəkməli, həmçinin 21 fevral - 21 aprel 2024-cü il tarixləri arasında #TikTokdanÖyrən həştəqi ilə öz hesablarına yerləşdirməlidirlər. Qaliblər aprelin 30-dək layihənin TikTok səhifəsində elan olunacaq.

Təşəbbüs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənib və layihədə Azərbaycanın aparıcı mədəniyyət müəssisələri, o cümlədən muzeylər və teatrlar iştirak edir.

TikTok-un Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Ekaterina Blinetsun sözlərinə görə,  Azərbaycanda istifadəçilər getdikcə daha çox TikTok-a təkcə əylənmək və yaxşı vact keçirmək üçün deyil, həm də yeni nəsə öyrənmək və faydalı məlumatlar əldə etmək üçün daxil olurlar:

“Ümid edirik ki, #TikTokdanÖyrən layihəsi ölkənin hər yerindən daha da istedadlı yaradıcılara bilik, mədəniyyət yaymaq, məlumatları bölüşmək və ölkədəki istifadəçiləri inkişafa ruhlandırmaq üçün ilham verəcək”.

Günəş Mərd 


SON XƏBƏRLƏR

26 Iyul 2024