• Bakı 21° C

    0.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı

CƏMİYYƏT

23 May 2025 | 21:59

Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşad və Emin Abdullayev qardaşlarından biri – Emin Abdullayev ev dustaqlığına buraxılıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə vəkil Orxan Zeynalov və İbrahim Qurbanovun verdiyi vəsatəti əsaslı hesab edib. 

Qərara əsasən Emin Abdullayev barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Qeyd edək ki, Abdullayev qardaşları polis əməliyyatı nəticəsində saxlanılmışdılar.


SON XƏBƏRLƏR

23 May 2025