• Bakı C

    14.66 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

"TikTok"la bağlı sorğu keçirilib, 74,9% məhdudiyyət tətbiqini istəyib

CƏMİYYƏT

25 Aprel 2024 | 14:56

TikTokla bağlı sorğu keçirilib, 74,9% məhdudiyyət tətbiqini istəyib

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin məlumatında deyilir.

    Qeyd edilir ki, STM tərəfindən ölkə üzrə gənclər arasında keçirilmiş sorğular da "TikTok"un ən çox istifadə edilən üç platformadan biri olduğunu aşkar edib.

    Bununla belə, dünyada bir milyarddan çox istifadəçiyə malik bu sosial media platformasının təhlükəsizlik riskləri və digər səbəblərdən bir sıra ölkələrdə məhdudlaşdırılma tendensiyası müşahidə olunur.

    Azərbaycanda da gənclərin, yeniyetmələrin formalaşmasına mənfi təsir edən video kontentlərin paylaşılması, etik prinsiplərin və milli dəyərlərin gözlənilməməsi səbəbindən sözügedən media platformasına məhdudiyyətlərin tətbiqi vaxtaşırı ictimai gündəm yaradıb. Buradan irəli gələrək, STM tərəfindən keçirilən sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe öyrənilib. Sorğunun nəticələrinə əsasən, 74,9% "TikTok" sosial media platformasına məhdudiyyətlərin tətbiq edilməli olduğunu ifadə edib. 21,2% məhdudiyyətləri dəstəkləmədiyini bildirib, 3,9% fikir bildirməkdə çətinlik çəkib.

    Respondentlərin bu barədə rəylərində əsas fərq yaş qrupları üzrə qeydə alınıb. Belə ki, gənc yaş qrupuna aid hər üç nəfərdən ikisi məhdudiyyətlərin tətbiq edilməməsi mövqeyindən çıxış edib.

    Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaş və ondan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

    Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.


    SON XƏBƏRLƏR

    13 Dekabr 2024