• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Tofiq Bəhramovun nəvəsi RƏİS TƏYİN EDİLDİ - FOTO

CƏMİYYƏT

08 Dekabr 2023 | 17:32

Tofiq Bəhramovun nəvəsi RƏİS TƏYİN EDİLDİ - FOTO

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postuna rəis təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Bəhramov Tofiq Bəhmən oğlu gətirilib.

Qeyd edək ki, Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır./Qaynarinfo


SON XƏBƏRLƏR

26 Iyul 2024