• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmadı

CƏMİYYƏT

17 Yanvar 2024 | 18:26 | Müəllif: Subhan Mahmudov

Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmadı

Milli Şuranın üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı apellyasiya şikayəti təmin olunmayıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc bildirib. 

Bakı Apellyasiya Məhkəməsinə T.Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı müraciət olunub. 

Hakimlər-Mirzəli Abbasov, Ramin Qaraqurbanlı və Anar İbrahimovun sədrliyi ilə bu gün keçirilən məhkəmə iclasında apellyasiya şikayəti təmin olunmayıb. T.Yaqublu ilə bağlı verilən 4 aylıq həbs qərarı qüvvədə saxlanılıb. 

Qeyd edək ki, o, ötən il dekabr ayının 14-ü saxlanılıb. Tofiq Yaqublu Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026