Qazaxıstan Ukrayna ilə bağlı danışıqlar prosesinin intensivləşdirilməsini alqışlayır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib.
O qeyd edib ki, Ankoricdə keçirilən Rusiya-ABŞ sammiti və "sülh paktının" müzakirəsi buna nail olmağın mümkünlüyünü göstərir.
"Qazaxıstan Ukrayna münaqişəsi ilə bağlı danışıqlar prosesinin intensivləşdirilməsini alqışlayır. Rusiya və ABŞ prezidentləri arasında Ankoricdə keçirilən görüşdən sonra sülh paktının əsas müddəaları fəal şəkildə müzakirə olunur ki, bu da çoxdan gözlənilən sülhə nail olmaq üçün yaranan imkanları göstərir", - deyə o, Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib.
Zeynəb Rzayeva
Bakı 



