• Bakı 18° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Tokio-2020: Türkiyəli hakim və ailəsi ölümlə hədələnir

İDMAN

09 Avqust 2021 | 17:27

Tokio-2020: Türkiyəli hakim və ailəsi ölümlə hədələnir

Tokio-2020 Yay Olimpiya Oyunlarının karate yarışlarında Səudiyyə Ərəbistanı təmsilçisi Tareq Hamedi və iranlı Sayad Gənczadə arasındakı final görüşünü idarə edən türkiyəli hakim Uğur Kobaş xoşagəlməz hadisə ilə üzləşib.

Bakıvaxtı.az "Akşam" nəşrinə istinadən xəbər verir ki, rəqibin zərbəsindən sonra zədələnən Hamedinin döyüşü davam etdirməsinə icazə verməyən Kobaş sosial şəbəkələrdə ərəb azarkeşlər tərəfindən təhdid olunmağa başlayıb.

Onun sözlərinə görə, özü ilə yanaşı, ailəsi də ölümlə hədələnir: "Karateçi zədələndikdən sonra həkimlər onu müayinə etdilər və ortaq qərarla görüşü dayandırdıq. Fanatlar qərarın mənim istəyimlə verildiyini düşünürlər. Məcburiyyətdən sosial şəbəkə hesablarımı bağladım. Bundan sonra isə həyat yoldaşımı və övladlarımı təhdid etməyə başladılar. Bu, doğru deyil və idman prinsipləri ilə uzlaşmır. Çünki biz öz işimizi gördük. İdmançının və ölkənin məyusluğunu başa düşürük. Amma hadisəni fərqli istiqamətə yönəltmək doğru deyil".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026