Tovuz rayon Əbulbəyli kəndində ana və övladı dəm qazından zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Ü.İsmayılova və övladı 2011-ci il təvəllüdlü R.Məmmədov dəm qazından zəhərlənmə diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./report