• Bakı 13° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Tovuzda yandırılan qadının VƏZİYYƏTİ AÇIQLANDI 

CƏMİYYƏT

24 Aprel 2024 | 12:41

Tovuzda yandırılan qadının VƏZİYYƏTİ AÇIQLANDI 

18.04.2024-cü il tarixində saat 17:00 radələrində Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan Tovuz rayon sakini 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxsin müalicəsi davam etdirilir.

Bu barədə TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Qeyd olunub ki, hazırda xəstənin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, aprelin 18-də Tovuz rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyev Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırdığı . Ağır yanıq xəsarətləri alan qadın Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Günəş Mərd 


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024