• Bakı 25° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Tovuzun 8 kəndinin elektrik şəbəkəsi yenidən qurulub

CƏMİYYƏT

08 Avqust 2024 | 13:02

Tovuzun 8 kəndinin elektrik şəbəkəsi yenidən qurulub

Tovuz rayonun Papaqçılar, Ağdam, Qaradaş, Ağbaşlılar, Mürkülü, Səfərli, Qandallar, Əyyublu kəndlərində elektrik şəbəkəsinin yenidənqurma işləri başa çatdırılıb.

Bakıvaxtı.az bu barədə "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, 3 minə yaxın abonentin yaşadığı Əyyublu kəndinin ərazisində 29 yeni transformator məntəqəsi, eləcə də müasir sayğaclar quraşdırılıb, 0,4 və 10 kV-luq dayaqlar basdırılıb və Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib.

Bildirilir ki, Aşağı Quşçu, Ağbulaq və Göyəbaxan kəndlərində, eyni zamanda 110/35/10 kV-luq “Qovlar” və 110/35/6 kV-luq “Tovuz” yarımstansiyalarında yenidənqurma işləri davam edir. Kəndlərdə istismar müddətini başa vurmuş 0,46 və 10 kV-luq dayaqlar və elektrik veriliş xətləri, eləcə də transformator məntəqələri tam yenidən qurulur. Yaxın gələcəkdə daha 7 kəndin elektrik şəbəkəsinin yenilənməsi işlərinə başlanılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Tovuz rayonun ən ucqar dağ kəndlərinin belə elektrik şəbəkəsi yenidən qurulur.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024