• Bakı 27° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

HADİSƏ

29 Avqust 2026 | 10:08

Toy karvanında avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ

Avtoxuliqanlıq edən sürücü 1 il sürücülük hüququndan məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən sürücü E.Abdullayev saxlanılıb.

    O, idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradıb.

    Məhkəmənin qərarı ilə E.Abdullayev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.(APA)


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Avqust 2026