• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Toyota 1,1 milyon avtomobilini geri çağıracaq

CƏMİYYƏT

21 Dekabr 2023 | 15:03

Toyota 1,1 milyon avtomobilini geri çağıracaq

Toyota Motor sensordakı qısaqapanmanın təhlükəsizlik yastıqlarının nəzərdə tutulduğu kimi açılmamasına səbəb ola biləcəyi şübhəsi ilə dünya üzrə 1 milyon 120 min avtomobili geri çağıracağını açıqlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Toyota Motor şirkətinin verdiyi açıqlamaya görə, Toyota və Lexus bəzi sedan və SUV modellərində təhlükəsizlik yastığı sensorunda yaranan problemin sərnişinlərin ağırlığını səhv hesablaya biləcəyi və qəza zamanı hava yastığının açılmayacağı şübhəsi ilə dünya üzrə 1 milyon 120 min avtomobili geri çağıracaq. 

Bu avtomobillərin 1 milyonu ABŞ-da satılır. Səlahiyyətli Toyota dilerləri sözügedən sensorları yoxlayacaq və zəruri hallarda onları dəyişdirəcəklər.

Qeyd edək ki, Toyota 2024-cü ilin fevralında avtomobil sahiblərini geri çağırma ilə bağlı xəbərdar etməyə başlamağı planlaşdırır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR