• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tramp: ABŞ Kiyevə xərclənən bütün vəsaitləri geri ala bilər

SİYASƏT

05 Yanvar 2026 | 12:25 | Müəllif: Gülşən Şərif

Tramp: ABŞ Kiyevə xərclənən bütün vəsaitləri geri ala bilər

Amerika tərəfi Ukraynaya yardım üçün xərclənən bütün vəsaitləri geri ala və Kiyevlə mineral ehtiyatlar üzrə razılaşmalar nəticəsində daha çox gəlir əldə edə bilər.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, Ağ Evin keçmiş katibi Co Bayden Ukraynaya yardım üçün 350 milyard dollar verib:

"İndi bunun əhəmiyyətli bir hissəsini geri aldım, çünki nadir torpaq elementləri üzrə razılaşma əldə etmişik".

Tramp həmçinin Ukrayna böhranının həlli üçün son tarix müəyyən etmədiyini də vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026