• Bakı 11° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Tramp administrasiyası Qrenlandiya məsələsini Danimarka rəsmiləri ilə müzakirə edəcək

SİYASƏT

12 Yanvar 2026 | 10:42

Tramp administrasiyası Qrenlandiya məsələsini Danimarka rəsmiləri ilə müzakirə edəcək

ABŞ Prezidenti Donald Trampın administrasiyasının nümayəndələri yanvarın 14-də Qrenlandiya məsələsi ilə bağlı Danimarka rəsmiləri ilə görüş keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CBC News diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, rəsmi elan olunmayan görüş Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirməkdə maraqlı olduğunu Konqresdə açıqlamasından sonra baş tutacaq.

CBC News qeyd edir ki, bəzi Avropa diplomatları ABŞ-nin Avropa və NATO müdafiəsinə sadiqliyinin əvvəlki illərlə müqayisədə zəiflədiyini düşünür.

Xatırladaq ki, Tramp daha əvvəl də Qrenlandiyanın ABŞ-yə birləşməli olduğunu dəfələrlə bəyan edib, Danimarkanı isə adadan imtina etmədiyi halda ticarət rüsumları ilə hədələyib. Qrenlandiya hazırda Danimarkanın muxtar ərazisidir və ABŞ 1951-ci il sazişinə əsasən adanın müdafiəsini üzərinə götürüb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

11 Yanvar 2026