• Bakı 26° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Tramp beş günlük Şotlandiyaya səfər edəcək

DÜNYA

24 Iyul 2025 | 15:52

Tramp beş günlük Şotlandiyaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp beşgünlük Şotlandiyaya gələcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Record" məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Tramp ona məxsus “Turnberry” və “Menie” qolf kurortlarını ziyarət edəcək.

Rəsmi xarakter daşımayan bu səfər zamanı onun 28 iyulda Böyük Britaniyanın baş naziri Kir Starmerlə də görüşəcəyi gözlənilir.

Həmçinin bildirilib ki, Tramp Şotlandiyanın birinci naziri Con Svinnilə də görüşə bilər.

“Trampı dayandırın” koalisiyası 26 iyul səhər saatlarında Aberdin şəhərinin mərkəzində və Edinburqdakı ABŞ konsulluğu qarşısında etiraz aksiyaları keçirəcəyini açıqlayıb.

Bunlardan başqa Trampın anası Meri Enn Maklaud Trampın şərəfinə adlandırılmış yeni 18 dəlikli qolf meydançasını açacağı Aberdinşirdə də etiraz aksiyaları planlaşdırılır. 

Mina Mikayılova


SON XƏBƏRLƏR

25 Iyul 2025