ABŞ prezidenti Donald Trampın administrasiyası Ədliyyə Departamentinin əməkdaşlarına dövlət işləri ilə bağlı sosial şəbəkələrdə məlumat yerləşdirməyi qadağan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
"Ədliyyə Departamentinin əməkdaşları yeni siyasi təyinatlıların Trampı tərifləməyə və internetdə onun rəqiblərini tənqid etməyə başlamasından sonra sosial şəbəkələrdə hökumət işləri ilə bağlı heç bir şey yerləşdirməməlidirlər", - məlumatda bildirilir.
İddialara görə, dəyişikliyi bəzi siyasi təyinatlıların ritorikasından əsəbiləşən baş prokurorun müavini Todd Blanş edib.