"İran zəifləməkdən uzaqdır, lakin ABŞ onun nüvə silahı əldə etməsinə imkan verməyəcək".
Bakıvaxtı.az "The Washington Post"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, Tehran Pekinə külli miqdarda neft satdığı üçün çox sürətlə güclənib:
"İran zəif deyil, indi çox güclüdür. Biz isə onların nüvə silahına malik olmasına imkan verməyəcəyik. Bu, çox sadədir. Zəif olmaması İranın zəifləməyəcəkləri demək deyil. Biz onların nüvə silahına sahib olmalarını istəmirik".
Gülşən Şərif