• Bakı 23° C

    8.95 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Tramp İranın ona qarşı sui-qəsd cəhdinin mükünlüyünü güman edir

DÜNYA

08 Iyul 2026 | 22:15

Tramp İranın ona qarşı sui-qəsd cəhdinin mükünlüyünü güman edir

ABŞ Prezidenti Donald Tramp özünü İran tərəfindən sui-qəsd üçün potensial hədəf hesab etdiyini bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, o, bu barədə Ankarada NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

"Bilirsiniz nə var? Mən də olmaya bilərəm. Çünki mən onların bir nömrəli hədəfiyəm", - deyə Tramp İran ətrafındakı vəziyyəti şərh edərkən ABŞ və İsrailin birgə hərbi əməliyyatı zamanı Tehranda bir neçə yüksək vəzifəli məmurun öldürülməsini xatırladaraq bildirib.

Amerika lideri həmçinin qeyd edib ki, ölüm ehtimalı onu narahat etmir.

"Mən ölkə üçün doğru olanı edirəm. Mən dünya üçün doğru olanı edirəm", - o vurğulayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR