ABŞ Prezidenti Donald Tramp Kanada avtomobillərinin, ehtiyat hissələrinin və digər Kanada məhsullarının ABŞ-yə idxalını istəmədiyini bildirib və Ottavanı ölkəsini onilliklər ərzində istismar etməkdə günahlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.
ABŞ lideri Kanadadan avtomobil, ehtiyat hissələri və ümumiyyətlə heç bir məhsul istəmədiyini qeyd edib. O, Kanadanın ABŞ-ni “onilliklərdir soyduğunu” və bunun sona çatmasının vaxtının gəldiyini yazıb.
Tramp həmçinin Kanada hökumətini münasibətdə olduğu bir çox ölkənin rəhbərləri arasında ən pis adlandırıb.
ABŞ prezidenti eyni paylaşımda tətbiq etdiyi tariflərin ölkənin avtomobil sənayesini dirçəltməyə və xilas etməyə imkan verdiyini bildirib.




